İctimai Palatanın sabah Bibiheybət qəsəbəsindəki sürücülük məktəbinin təlim meydançasında keçirəcəyi mitinqlə əlaqədar olaraq bu gün İP təmsilçiləri Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunublar . “Vətəninfo.az” Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat verən Müsavat başqanının müavini Tofiq Yaqublunun sözlərinə görə, onları BŞBPİ-nin rəis müavini Səhlab Bağırovla görüşüblər. AXCP-nin nümayəndəsi Asəf Quliyevin və VHP təmsilçisi Rafiq Manafovun da qatıldığı görüşdə söhbət sabah keçiriləcək mitinqin təhlükəsizliyinin təmin edilməsindən, ictimai asayişə riayət olunmasından gedib. T.Yaqublunun dediyinə görə, ümumiyyətlə, hər bir kütləvi aksiyadan öncə BŞBPİ-də bu cür görüş keçirilir. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti İP-in növbəti mitinqinə icazə verib və yer ayırıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR