Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları fevralın 4-də saat 17 radələrində Salyanda xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində Salyan rayon torpaq şöbəsinin müdiri Oqtay Quliyev və onun Yusif adlı köməkçisi həbs ediliblər. Bu barədə müsavat.com-a Salyandakı mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, Salyan torpaq şöbəsindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çoxsaylı şikayətlər daxil olub. İdarənin əməkdaşları konkret şikayət əsasında torpaq şöbəsində əməliyyat keçiriblər. Əməliyyat nəticəsində O.Quliyev və köməkçisi 3 min manat nömrələnmiş pulu rüşvət qismində alarkən yaxalanıblar. Hazırda şöbənin fəaliyyəti araşdırılır və başqa şəxslərində həbs olunma ehtimalı var.
İş günü başa çatdığından Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə məlumatıdəqiqləşdirmək mümkün olmadı.
Məsələ iləbağlı əlavə məlumatlar olarsa, oxucuların diqqətinə çatdıracağıq.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR