"Təranəni ərimlə tutmuşam, sübut etdim"
Vətəninfo.az Axşam.az-a istinadla xəbər verir ki, məhkəməni uduzan T.Qumral qarşı tərəfə 10 min manat təzminat ödəməli və üzr istəməlidir.
Nazəninin vəkili Adəm Məmmədov məsələ ilə bağlı bunları deyib:
"Məhkəmə
prosesi iki tərəfin də şəxsi həyatına aid olduğu üçün qapalı keçirilib.
Biz məhkəmədə Təranə Qumralın Nazənin xanımın həyat yoldaşına yazdığı
mesajları da ortaya çıxardıq. Təranə Qumral ifaçının şərəf və ləyaqətini
alçaltdığı üçün ona on min manat ödəməlidir. Hətta qarşı tərəfin vəkili
də onların haqsız olduğunu bilib, müdafiədən imtina etdi".
Nazənin əməkdaşımızla söhbətində bunları deyib:
"Məhkəmədə
qarşı tərəfin iddialarının əsassız, şər olduğu sübut edildi. Uzun
müddət susdum, məhkəmə qərarının çıxmasını gözlədim. Haqlı olduğumu
bilirdim. Vəkilim Adəm Məmmədovun savadlı olduğuna və məhkəməni
udacağına inanırdım. Mənə və ailəmə atılan yalan və böhtanların cavabını
məhkəmə prosesindəki qalibiyyətimlə verdim. Bəziləri məni qınadı ki,
gərək bağışlayardın. Amma ailəm, şəxsiyyətim təhqir olundu. Necə
susum? Təranə Qumralı ərimlə tutmuşam və bunu sübut da etdim. Məhkəmədə
onun ərimə yazdığı intim mesajların hamısı ortaya çıxdı. İstəyirlər,
bundan sonda Avropa Məhkəməsinə versinlər".
Qeyd edək ki,
Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar
səhəri" verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz
sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə
sevgili olmaqda günahlandırmışdı:
"Ailəli kişi ilə nikahdasan.
Orada tərbiyə dərsi keçmə. Ərimi sən öyrətdin, evimə dava saldın. Bütün
Azərbaycanı fırlatdın, gəl Musanı da sənə verirəm. Ev-eşik görməmişdin.
Yanındakına çox sağ ol de ki, indi kirayədən canın qurtarıb. Təranənin
evi də, maşını da illərdir var. "Ərim" deyirsən. O, başqasının atasıdır.
Mənim halal yoldaşım, 21 ildir yanımdadır, onu ər görmürsən? İki ildir
birini keçirmisən əlinə, ər deyirsən. Məhkəməyə vermək istəyirsənsə, get
ver. Onun sənəti yoxdur ki, sənət davası çəksin".