“Azərbaycanda müxalifətin - İctimai Palata, yaxud digər təşkilat olsun – kütləvi aksiya keçirməsi üçün hər cür imkan yaradılıb, meydan verilib və onlar bir neçə dəfə həmin meydandan istifadə edib. Eyni zamanda, o da məlum oldu ki, İctimai Palatanın digər müxalifət partiyaları ilə birləşib keçirdiyi mitinqə az adam gəlir. Yəni, Azərbaycan xalqı bugünkü müxalifətə inamını itirib, onların çağırışını qəbul etmir. Ona görə də müxalifət başqa “taktika” seçib, təxribatçı üsullardan istifadə etmək istəyir. Onlar şəhərin mitinqlərin keçirilməsi mümkün olmayan yerlərində kütləvi aksiyalar keçirmək barədə iddialar irəli sürürlər”. “Vətəninfo.az”ın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov İctimai Palatanın “Eurovision” mahnı müsabiqəsi keçirilən günlərdə paytaxtda razılaşdırılmamış aksiya keçirmək niyyətini pisləyib: “Bir sıra hadisələr kimi, “Eurovision” mahnı yarışmasının da ölkəmizdə keçirilməsi Azərbaycan xalqının milli qürurunu formalaşdıran fakta çevrilib. Müxalifət bu müsabiqə ilə bağlı ortaya qoyduğu mövqe ilə, düşünülməmiş, xalqımızın maraqlarına uyğun gəlməyən hərəkətləri ilə özü-özünü gözdən salır. Bu gün onlar Azərbaycan xalqının gözündən düşüblər. Mən bunu qətiyyətlə pisləyir və yolverilməz sayıram”.
Oral MƏDƏNÇİ
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR