“Baxmayaraq ki, özünü aparıcı sayan müxalifət bu düşərgədən yalnız cəmi bir neçə adamın prezidentliyə namizəd olmasına çalışır, ancaq qarşıdan gələn seçkilərdə bu düşərgədən namizədliyini irəli sürənlərin sayı indikindən çox olacaq”. “Vətəninfo.az”ın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə politoloq Eldar Namazovun müxalifətin vahid namizədi olub-olmayacağına və iddialı müxalif liderlərin buna razılıq verib-verməyəcəyinə münasibətini bildirərkən dilə gətirib.
Millət vəkili bildirib ki, əslində bu gün radikal müxalifət cəbhəsində “çoxnamizədlilik sindromu” yaşanmaqdadır: “Görünən odur ki, bu düşərgənin özündə artıq ənənəvi namizədlərdən - İsa Qəmbərdən, Əli Kərimlidən, Lalə Şövkətdən, Etibar Məmmədovdan, Rəsul Quliyevdən kənar namizəd və ya namizədlər axtarışına başlanılıb. Yəni, gələn ilki prezident seçkilərində bir çox adamlar, hətta, indiyə qədər iddialarını ortaya qoymayan şəxslər belə öz namizədliklərini irəli sürə bilərlər.
Hər halda, zamanında- seçkilərə rəsmi start verilən ərəfədə bu düşərgədən namizədliyini irəli sürən xeyli sayda şəxslərin adlarını eşidəcəyik və görəcəyik. Bu düşərgədə vahid namizəd məsələsi heç zaman baş tutmadığı kimi, bu gedişlə bu ideya növbəti seçkilərdə də alınmayacaq”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR