“Ölkədə dəyişikliklərin başlanmasına impuls verilməsi üçün "Gülərqeyt" prosesinin hüquqi və siyasi nəticələri olmalıdır. Bunun əksi mümkün deyil, çünki belə yüklə heç bir hakimiyyət təmsilçisi seçkiyə gedə bilməz.
Buna görə də seçkilərə qədər köhnə kadrlarla bərabər yeni insanların da komandada yer alacağı gözlənilir. Komandaya yeni obraz verilməsə, Azərbaycandakı proseslər nə ölkə daxilində, nə də xaricdə islahat kimi qəbul edilməyəcək. Yeni komandada vəzifə borcunu vicdanla yerinə yetirən, məmurlar yer almalıdır. Əks halda, mahiyyət dəyişməyəcək və cəmiyyətdə narazılıq davam edəcək”.
Bunları açıqlamasında politoloq Natiq Miri bildirib:
“Prezident seçkiləri ərəfəsində iqtidarın ictimai fikri öz xeyrinə dəyişməsi üçün komandaya yeni kadrların gətirilməsinə ehtiyacı var”.
Politoloq “Bəzi məmurların öz istəyi ilə istefaya getməsi mümkündürmü?” sualını cavablandırarkən bunları deyib: “Azərbaycanda məmurların öz təşşəbüsü ilə istefaya getməsi təəccüb doğurur. Bu kimi rejimlərdə şəxsi təşəbbüs olmur. İqtidardakı bütün “könüllü” istefalar əvvəlcədən razılaşdırılır".
Rəqsanə Yusifzadə
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR