“Təşkilatlarda baş verən daxili məsələlərə qarışmırıq"
"Biz xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının daxili məsələlərlə bağlı qəbul etdiyi qərarlara müdaxilə etmirik".
Vətəninfo.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Moskvada fəaliyyət göstərən "Azərros" Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyətinin növbədənkənar qurultayı və orada qəbul olunmuş qərarlar barədə Trend-in sorğusuna cavabında deyib.
Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan diaspor təşkilatları xarici ölkələrdə qeydiyyatdan keçmiş ictimai təşkilatlar kimi müstəqil fəaliyyət göstərir və Komitə həmin qurumların daxili məsələlərinə hər hansı müdaxilə etmir: “Təşkilatlarda baş verən daxili məsələlərə, xüsusilə də seçki proseslərinə qarışmırıq, bu barədə rəy bildirməyimiz də doğru olmaz. Bizim üçün vacib prinsip bu təşkilatların və onlara rəhbərlik edən şəxslərin Azərbaycan xalqının maraqlarına xidmət etmələri, Azərbaycan dövlətçiliyinə sadiq olmalarıdır”.
N.İbrahimovun sözlərinə görə, Azərbaycan dövləti, dövlətçiliyi ətrafında sıx birləşən hər bir təşkilatla əməkdaşlıq edilir və belə təşkilatların fəaliyyəti hər zaman Azərbaycan dövləti tərəfindən dəstəklənir.
Qeyd edək ki, yanvarın 17-də Moskvada "Azərros" Federal Milli Mədəni Muxtariyyətinin növbədənkənar qurultayı keçirilib. Qurultayda təşkilatın prezidenti Asif Məhərrəmov istefaya göndərilib, Abbas Abbasovun rəhbərlik etdiyi Ağsaqallar Şurası isə ləğv edilib.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?