“Neftçalada tam sakitlikdir, heç bir gərginlik, narahatlıq yoxdur. Polis normal rejimdə işini davam etdirir. Nəinki indi, ümumiyyətlə, gün ərzində heç bir aksiya, kütləvi tədbir qeydə alınmayıb”.
Bunu APA-ya açıqlamasında Neftçala rayonunun polis rəisi Rza Hacıyev bu rayonda gərginlik olması ilə bağlı bəzi mətbuat orqanlarında və sosial şəbəkərlərdə yayılmış məlumatlara münasibət bildirərkən deyib.
O qeyd edib ki, Neftçalada həyat öz axarı ilə davam edir: Heç bir aksiya yoxdu, olmayıb da. Hər kəs öz işində-gücündədir. Rayonun polis rəisi kimi bəyan edirəm ki, burda hər şey qaydasındadır”.
R. Hacıyev həmçinin ötən gecə rayonun baş arxitektorunun avtomobilinin yandırılması barədə yayılan məlumatların da doğru olmadığını vurğulayıb: “Bu xəbər də yalandır. Heç kimin avtomobilini yandırmayıblar. Mən başa düşə bilmirəm, bu yalan informasiyalar haradan qaynaqlanır?”
Rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rəşad Zeynalov da APA-ya bildirib ki, onlar hazırda və gün ərzində heç bir aksiya keçirməyiblər: “Dünən (yanvarın 27-də) bir qrup sahibkar rayon mərkəzindəki bəzi obyektlərin sökülməsi barədə qərarla əlaqədar İcra Hakimiyyətində olduq. Bizə obyektlərin plana düşdüyünü söyləmişdilər, biz isə belə olacağı təqdirdə kompensasiya istədik. Orda bizimlə danışıq aparıldı, hələlik söküntü aparılmır. Məsələ yalnız bundan ibarətdir”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR