Nikahdan əvvəl tibbi müayinədən keçmək istəyənlər qeydiyyat məhdudiyyəti olmadan Bakı şəhərində 3 və 5 saylı, həmçinin Sumqayıt ASAN xidmət mərkəzinə müraciət edə bilər.
VİZUAL - ASAN xidmət mərkəzindən verilən məlumatda bildirilib ki, bir vətəndaşın tibbi müayinədən keçməsi və tibbi arayışın verilməsiylə bağlı ödəniş 9 manat təşkil edir.
"İlkin mərhələdə başlayanda pilot layihə çərçivəsində Respublika Diaqnostika Mərkəzi tərəfindən bu arayışın verilməsi ödənişsiz həyata keçirilirdi. Pilot layihə bitdikdən sonra Diaqnostika mərkəzi tərəfindən 9 azn məbləğində xidmət haqqı müəyyənşdirilib. Tibbi arayışın verilməsi ilə bağlı şəxsiyyət vəsiqəsi ilə müraciət olunur. Sənəd 5 iş günü müddətinə təqdim olunur. Bu sənəd hazır olduqdan sonra nikahın qeydə alınması ilə bağlı ərizə təqdim etmək mümkündür”.
Qeyd edək ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və (və ya) bələdiyyə tibb müəssisəsində həyata keçirilir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL