«Afişa lövhələrinə qarşı belə laqeyd münasibətin dəfələrlə şahidi olmuşuq. Mədəniyyət Nazirliyinin səlahiyyətində olan bu lövhələrə təkcə nazirliyik deyil, hər kəs bir nəfər kimi nəzarət etməlidir».
Bunu «Vətəninfo.az» saytına açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov bildirib: “Mədəniyyət və Turizm Nazirliyi bu lövhələrə nəzarət edə bilməz. Rayon icra hakimiyyətləri var. Onlar şəxsən öz ərazilərində yerləşən hər bir şeyə necə nəzarət edirlərsə, eləcə də bu lövhələrə nəzarət etməlidir. Burada əsas iş isə elə vətəndaşların öz üzərinə düşür. Bu həm də hər kəsin öz daxili mədəniyyətinə qalıb”.
Millət vəkili həmçinin qeyd edib ki, şəhərdə konkret olaraq reklam lövhələri yaradılsa problem bu həddə çatmaz: “Elə insanlar var ki, hətta ağacın üstünə, ya da birinin qapısına iş elanı, reklam yapışdırır. Əgər konkret reklam, elan lövhələri olsa zənnimcə problemi cüzi də olsa aradan qaldıra bilər”.
Belə hallara qarşı cərimələrin tətbiq edilməsinə gəlincə isə, deputat buna ehtiyac olmadığını bildirdi: “Düşünürəm ki, cəriməyə ehtiyac yoxdur. Çünki heç bu tip xırda reklamların yayılması üçün icarə haqqı da tələb olunmur. Ancaq hesab edirəm ki, reklam lövhələri yaradılmalı və böyük reklamlar kimi xırda reklamlara da icarə haqqı tətbiq edilməldir. Belə olduğu təqdirdə artıq hər kəs öz yerini bilmiş olacaq”.
Firudin
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR