“İstəmərəm ki, iki partiya arasında münaqişə yaransın”
“Müsavat başqanı İsa Qəmbər Partiyanın Məclisindəki çıxışında "Novella xanıma kimlər hücum edirsə, onlar əslində Müsavat Partiyasına hücum edir!" deyə bildirib.
Bundan sonra özlərini Müsavatın müttəfiqi adlandıran aralarında AXCP-nin Rəyasət heyətinin üzvlərinin də olduğu bir qrup cəbhəçinin belə bir əsassız və böhtan xarakterli hücuma keçməsi məncə başqa mətləblərdən xəbər verir. Mən səlahiyyətli cəbhəçi dostlarımızdan açıqlama gözləyirəm!”. Bu fikirləri Müsavat Gənclər Komitəsinin sədri Tural Abbaslı deyib.
AXCP Gənclər Komitəsini sədri Əbülfəz Qurbanlı baş verənlərə münasibət bildirməyib. Qısaca “Novella Cəfəroğluna görə danışmağa dəyməz” deyib.
Məsələ ilə bağlı Hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə əlaqə saxladıq.
O, AzNews.az-a açıqlamasında deyib ki, məsələni qəsdən şişirdirlər: “Müsavat və AXCP arasında gərginliyin yaranmasını istəmirəm. İki partiya arasında mənə və Səidə Qocamanlıya görə gərginliyin yaranmasını arzulamazdım. Biz sözümüzü demişik. Bu məsələdə bizim suçumuz yoxdur. Bunu onların özləri də bilirlər. Sadəcə, məsələni bu həddə çatdırmaq yəqin ki, kiməsə lazımdır. Bütün olanlar məqsədli şəkildə həyata keçirilir”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR