“Niyə tutdurursunuz uşağı”
Hələ məhkəmə prosesi davam edir. İndiki halda Nigar Yaqublunun adı siyasi məhbus siyahısına salınması düzgün deyil”. Bu sözləri AzNews.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu Nigar Yaqublunun adının siyasi məhbus siyahısına daxil edilməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, Nigar Yaqublunu indidən məhbus etmək düzgün deyil: “Hələ bilinmir məhkəmədən sonra nə olacaq. Niyə Nigarı indidən məhbus elan edirsiz? Bunu gündəmə kim gətirib? Bu cür addımlar düzgün deyil. İşi əngəlləmək olmaz axı”.
N.Cəfəroğlu deyib ki, Nigar Yaqublunun buraxılması üçün işlər aparılır: “Bütün proseslər başa çatandan sonra onu siyasi məhbuslar siyahısına salacağıq. Amma indi hələ ki, ortalıqda bir şey yoxdur”.
Qeyd edək ki, Avropa Şurasının Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin Azərbaycan üzrə siyasi məruzəçisi Kristofer Ştrasser Nigar Yaqublunun adını siyasi məhbus siyahısına salıb. Bu barədə N.Yaqublunun atası Tofiq Yaqublu “facebook” səhifəsində yazıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR