ABŞ-da Azərbaycanla bağlı yeni kampaniya başlayıb. Gunxeber.com-un məlumatına görə, Ağ Evin rəsmi səhifəsində Azərbaycanda demokratiya, insan hüquqlarının vəziyyəti ilə bağlı bəyanat yerləşdirilib. Bu barədə Gunxeber.com-a Nyu Yorkda təhsil alan azərbaycanlı tələbə Emil İsmayılov məlumat verib.
Bəyanatda Azərbaycanda siyasi məhbusların olduğu, demokratiyanın boğulduğu, prezident və parlament seçkilərinin nəticələrinin özünü doğrultmadığı bildirilir. Əgər fevralın 27-dək bu bəyanatı yüz min nəfər bəyənsə, Ağ Ev, ABŞ prezidenti Barak Obama Azərbaycanda insan hüquqları və demokratiyanın vəziyyətinə münasibət bildirəcək.
Qeyd edək ki, E.İsmayılov bir neçə gün əvvəl Gunxeber.com-a yolladığı məktubda 2011-ci ildə Azərbaycana gələrkən məcburiyyət qarşısında YAP-a üzv olduğunu, indi isə partiyadan çıxmaq üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, buna məhəl qoyulmadığını bildirmişdi.
Sözügedən bəyanata bu link vasitəsilə səs vermək olar.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR