«Biz Oqtay Gülalıyevin həbsi barədə məlumatı bütün səfirliklərə, beynəlxalq təşkilatların nümayəndəliklərinə çatdırmışıq. Artıq onların hamısı bu hadisədən xəbərdardır». “Vətəninfo.az”ın məlumatına görə bunu Teleqraf.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Hazırda Kürdəxanıdakı təcridxanada saxlanılan O.Gülalıyevin yanına getməyə hazırlaşdıqlarını deyən N.Cəfəroğlu bildirib ki, onun həbsi ilə bağlı bəyanatla da çıxış edəcəklər: « Bu, həqiqətən də ağlasığmaz bir olaydır. Vətəndaş cəmiyyəti institutlarının hamısı bu işə qarışmalıdır. Çünki sabah onların da hər birini belə bir təhlükə gözləyə bilər. Hesab edirəm ki, vətəndaş cəmiyyəti institutları bu məsələyə kəskin reaksiya verməlidirlər». Hüquq müdafiəçisi onu da qeyd edib ki, “Kür” VC Qərargahının əlaqələndiricisinin həbs olunmasına etiraz edəndə rəsmi dairələr O.Gülalıyevin insanları mitinqlərə təhrik etməsi səbəbindən həbs olunduğunu bildiriblər: «Biz dəqiq bilirik ki, o, Minbaşı kəndinə insanların vəziyyətini öyrənmək üçün gedib. O, rayonlarda insanlarla görüşüb vəziyyətlərini öyrənib, hüquqlarının nədən ibarət olduğunu deyib. Hakimiyyəti də narahat edən odur ki, insanlar öz hüquqlarını bildikdən sonra öz haqlarını tələb edəcək. Ona görə də hamıya dərs olsun deyə «Baxın, Oqtayı tutduq, sizi də tutarıq” mesajı verilir»
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR