Paltara çox pul vermirəm
Müğənni Könül Kərimova geyimlərindən bəhs edib.
İfaçı "Görüş yeri” verilişində libaslarına çox pul xərcləmədiyini bildirib:
"Geyim
seçəndə rahatlığa üstünlük verirəm. Əsas qatıldığım yerdə mən rahat
olmalıyam. İdman stilində libaslar az geyinirəm. Paltara çox pul
vermirəm. Elə olub ki, dəyəri 22 min olan paltar geyinib, verilişə
çıxmışam. Amma mənim şəxsi libasım olmayıb, mağazadan götürmüşəm.
Geyinib, qaytarmışam. Yalandan demərəm ki, mən bahalı paltar aldım. Daha
çox parçalara üstünlük verirəm. Baha parça alıb, libas tikdirərəm.
Həmişə uzun geyinirəm. Əgər düz, arıq ayaqların varsa, qısa geyin.
Dəfələrlə məclisdə rastlaşmışam ki, xanımın ayağı nə gündədir, amma qısa
geyinib".
K.Kərimova depressiyada olarkən, alış-verişə çıxdığını bildirib:
"Alış-veriş
həqiqətən də qadını depressiyadan çıxarır. Elə olub ki, bu gün
təyyarəyə minib, Türkiyəyə gedib, alış-veriş edib qayıtmışam".
Axşam.az