Parlament seçkilərinə start veriləcək tarix açıqlandı
Avqust ayının sonuna doğru Azərbaycanda növbəti parlament seçkiləri ilə bağlı kampaniyaya start veriləcək.
Vətəninfo.az Modern.az-a istinadən
xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki
Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri qeyd
edib ki, artıq seçkilərə hazırlıqla bağlı bu gündən etibarən dairə seçki
komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici tədbirlərin
keçirilməsinə başlanılıb.
Daha sonra isə məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici seminarlar keçiriləcək.