Noyabrın 2-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək. "Vətəninfo.az"-ın məlumatına görə, bu barədə AzNews.az-a açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Onun sözlərinə görə, iclasın gündəliyinə 12 qanun layihəsi salınıb.
A.Təfəkküloğlu deyib ki, iclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsində, Cinayət Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində bir sıra əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub, həmçinin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna edilən əlavə və dəyişikliklər müzakirə olunacaq.
“Mədəniyyət haqqında” qanunun ikinci oxunuşda müzakirə olunacağını vurğulayan A.Təfəkküloğlu bildirib ki, iclasın gündəliyinə “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”ya dair sazişin təsdiq edilməsi haqqında qanun layihəsi və bu kimi bir neçə sazişlər də salınıb.
"Vətəninfo.az"
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR