“Partiyalara verilən maliyyənin məbləği çox azdır”. Bunu BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı AzVision.az-ın dövlətin partiyalara ayırdığı vəsaitlə bağlı sualını cavablandırarkən deyib.
O, ümumilikdə BAXCP-nin partiyalara maliyyənin ayrılmasını müsbət addım kimi qiymətləndirdiyini vurğulayıb. Ancaq hesab edir ki, verilən maliyyənin məbləği çox azdır. Onun fikrincə, növbəti illərdə bu məbləğ artırılmalıdır.
“İndiki halda ayda təqribən 8 min 800 manat vəsait düşür ki, bu vəsait də partiyalar üçün normal mənzil-qərargahlar saxlamağa, heç olmasa hər rayonda bir nəfər ştatda işçi saxlamağa yetmir. Ona görə də düşünürəm ki, bu vəsaitin miqdarı bir neçə dəfə artırılmalıdır. Ümid edirəm ki, növbəti büdcə ilində biz buna nail olacağıq”, - deyə Niyaməddin Orduxanlı bildirib.
BAXCP sədrinin müavini onu da qeyd edib ki, hələlik ayrılan vəsait partiyanın hesabına oturmayıb. O bunun səbəbini Maliyyə Nazirliyinin həmin qərarı yenicə açıqlaması ilə əlaqələndirib: “Bundan sonra partiyada fəaliyyət göstərən məsul şəxslər bununla məşğul olacaqlar. Qanunda neçə nəzərdə tutulubsa, ona uyğun addım atılacaq”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR