İranın məqsədi aydındır. Əgər onlar səmimidirlərsə, ilk növbədə öz sərhədləri daxilində yaşayan insanlara tarixi düzgün öyrətsinlər.
Bu sözləri Veteninfo.az-a Beynəlxalq və Hollandiya Jurnalistlər İttifaqının üzvü, politoloq Vüqar Abbasov İran XİN-nin sözçüsü Ramin Mehmanpərəstin Azərbaycan və İranın ortaq tarixinin öyrənilməsi ilə bağlı fikirlərini şərh edərkən bildirdi:
“Mənim Cənubi Azərbaycandan olan bir çox soydaşlarımızla söhbətdən gəldiyim nəticəyə görə, İranın bütün tarix dərsliklərində Azərbaycan İran ərazisi kimi təqdim edilir və Şimali Azərbaycanın müharibə nəticəsində Rusiyaya verildiyi qeyd edilir. Onlara görə, tarixdə heç vaxt Azərbaycan adlı dövlət olmayıb. Bu isə təbii ki, yanlış yanaşmadır. Belə olan bir şəraitdə, İran XİN-nin sözçüsünün səmimi olması, adamda haqlı olaraq şübhə yaradır”,-deyən politoloq onu qeyd etdi ki, tarixi mənbələrin farsca olması o anlama gəlmir ki, biz tariximizi onlardan öyrənməliyik: “Bizdə bu sahə üzrə yetərincə savadlı insanlarımız var və düşünürəm ki, İranın köməyinə heç bir ehtiyac yoxdur”.
Elnur Eltürk
Veteninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR