Noyabrın 28-də prezident İlham Əliyev Cəzaların İcrası Məcəlləsinə son dəyişikliyi təsdiqləyib. Milli Məclisin oktyabrın 16-da qəbul etdiyi dəyişikliyə görə, azadlıqdan məhrum edilən şəxslər həftədə iki dəfə, ömürlük məhbuslar isə həftədə bir dəfə 15 dəqiqə olmaqla telefonla danışmaq hüququ qazanır. Şəhərlərarası telefon danışıqlarının haqqını məhkum və ya onun yaxın qohumu ödəyir. Texniki imkanlar olmadıqda bir telefon danışığı bir qısamüddətli görüşlə əvəz edilə bilər.
Cinayət təqibinin, cəzanın icrası prosesində ictimai qaydanın, təhlükəsizliyin və rejim tələblərinin təmin edilməsi, yeni cinayətlərin və digər hüquqpozmaların törədilməsinin qarşısının alınması, zərərçəkmiş şəxslərin müdafiəsi zərurəti yarandıqda məhkumların telefon danışıqlarına nəzarət edilir.
Tənbeh tədbiri kimi intizam və ya cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılan məhkumların telefon danışıqlarına yalnız müstəsna hallarda icazə verilə bilər.
Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında yaxın qohumlar istisna olmaqla telefon danışıqlarına icazə verilmir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR