Vətəninfo.az-a İmişli rayonundan daxil olan məlumata görə, ötən ilin oktyabr ayında ölkə prezidenti İlham Əliyevin açılışını etdiyi İmişli Mərkəzi Xəstəxanasında baş həkim Cəsur Paşayev "möhtəşəm" bir bazar açıb.
Verilən məlumata görə,baş həkim Cəsur Paşayev yeni istifadəyə verilən Mərkəzi Xəstəxanada işləmək istəyən həkimlərə 1500-2000 AZN-nə kabinetləri satmağa başlayıb. Pul verməyən həkimlərə isə "Gedin köhnə xəstəxanada işləyin" deyir.
Bildirilir ki, Cəsur Paşayevin baş həkim təyinatından sonra rayonda şəkərli-diabet xəstələri üçün nəzərdə tutulan insulinlər xəstəxanada yoxa çıxıb və daha çox xəstəxanaya ayrılan həmin preparatlar apteklərdə satılır. Xəstələr dərmanla təmin olunmaları ilə bağlı müraciət etsələr də onlara "dərman yoxdu" deyilir.
Daxil olan məlumatla bağlı İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəsur Paşayevlə əlaqə saxlamaq istəsək də baş həkimin yerində olmadığı bildirildi.
Redaksiya olaraq, qarşı tərəfin də mövqeyin dərc etməyə hazırıq.
Kənan
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR