Ermənistanda prezidentliyə namizəd Paruyr Ayrikyan bu gün bəyan edib ki, əgər müxalif namizədlər bir cəbhədə çıxış etsələr, seçkilərin birinci turunda indiki prezidentə qalib gələcəklər.
Trend-in verdiyi məlumata görə, Ayrikyan əmin olduğunu bildirib ki, vahid cəbhədə çıxış etmək müxalifətə qələbə qazandıracaq.
"Birləşsək, böyük çətinlik olmadan qalib gələcəyik. Sarkisyan səslərin heç yarısını da toplaya bilməyəcək", - o qeyd edib.
Bununla belə, Ayrikyan kimin ətrafında və necə birləşməyi açıqlamayıb.
O, əlavə edib ki, digər namizəd Andrias Qukasyan ilə görüşüb və bildirib ki, onunla həmrəylik əlaməti olaraq bu gündən üçgünlük aclığa başlayır: "Təəssüf ki, işlərimi yarımçıq qoyub onun yanında otura bilmirəm".
Ayrikyan Qukasyandan üç gündən sonra birlikdə aclıq aksiyasını dayandırmağı və mübarizəni davam etdirməyi xahiş edib.
Qeyd edək ki, Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-də keçiriləcək.
Veteninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR