Ruslar Azərbaycanın Xankəndidən qalxan təyyarələri gerçəkdən də vuracağından qorxurlar
Rusiya Azərbaycan hökumətinin ölkənin işğal olunmuş ərazisində hava məkanında görünən mülki təyyarələri vuracağı barədə bəyanatını ciddi qəbul edib. Ekspertlərin fikrincə, Bakının bu addımı müharibəyə səbəb ola bilər. Bu barədə "Nezavisimaya qazeta" yazıb.
Yazıda bildirilir ki, Bakı belə bir imkana malikdir, çünki 2010-cu ildə Rusiyadan "Favorit" zenit-raket sisteminin iki divizionunu alıb və bu sistemin dünyada analoqu yoxdur. Texniki xüsusiyyətlərinə görə, həmin sistem Dağlıq Qarabağın bütün ərazisinə nəzarət etmək imkanı verir.
Rusiyanın Müdafiə Nazirliyindən "NQ"-yə bildiriblər ki, Moskva və Bakı arasında Qəbələ RLS-in icarə müddətinin uzadılmasına dair qalmaqallı və uğursuz danışıqlardan sonra RF prezidenti Vladimir Putin "Favorit"in üçüncü divizionunun Azərbaycana satılmasını qadağan edib.
RF-nin Müdafiə Nazirliyində çalışan zabit-ekspert bildirib ki, bu zenit-raket sistemi 150 kilometr məsafədə hədəfi yüzdəyüz dəqiqliklə vurmağa qabildir. Bu da o deməkdir ki, sistemin görüş dairəsinə girən istənilən mülki uçaq vurula bilər. Ekspert deyib ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan öz mülki təyyarələrinin təhlükəsizliyini təmin etmək gücündə olduqlarını desə də, "Favorit"dən istifadə zamanı praktik olaraq heç nə etmək mümkün deyil. (musavat.com)
Veteninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR