Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət katibi Con Kerri arasında beynəlxalq gündəmdəki əsas məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Vətəninfo.az məlumat verir ki, APA “İnterfaks”a istinadən verdiyi xəbərə görə, dörd saatadək davam edən görüşün əsas müzakirə mövzusu Ukraynadakı vəziyyət olub.
“Beynəlxalq gündəmdə demək olar ki bütün əsas məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Şübhəsiz, Ukrayna mövzusunun müzakirəsinə daha çox vaxt ayrılıb”, deyə Rusiya prezidentinin müavini Yuri Uşakov görüşün yekunlarına dair jurnalistlərə bildirib.
“Rusiya tərəfi Ukrayna böhranının yaranması ilə bağlı fikrini açıqlayıb, bizim mövqenin əsas elementləri ifadə edilib. Qeyd edilib ki, Rusiya Minsk sazişinin yüz faiz icra edilməsinə nail olmağa çalışır və bunun üçün bütün imkanlardan istifadə edəcək”, deyə Uşakov bildirib.
Bundan başqa Vladimir Putin və Con Kerri İran nüvə proqramını və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Onun sözlərinə görə, görüşdə həmçinin Yaxın Şərq, İran, Suriya, Şimali Koreya və Yəməndəki vəziyyət ətrafında da fikir mübadiləsi aparılıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR