ABŞ-ın Azərbaycana səfir postuna irəli sürdüyü namizədi barədə “Vətəninfo.az” saytına açıqlama verən politoloq Qabil Hüseynli R.Morninqstarın uğurlu təyinat ola biləcəyini bildirib: “R.Morninqstar vaxtilə ABŞ-ın enerji məsələləri üzrə dövlət müşaviri işləyib. “Nabucco” qaz boru kəməri layihəsinin, ondan əvvəl isə Xəzər neftinin problemləri ilə ciddi sürətdə məşğul olmuş bir şəxsdir. Neft və qazla bağlı ABŞ-ın bu sahədəki siyasətini formalaşdıran dövlət müşaviridir”-deyə, vurğulayıb.
Politoloq əlavə edib ki, R.Morninqstar regiona və oradakı qüvvələr nisbətinə bələd olan, ABŞ-la əməkdaşlıq məsələlərində neqativ və pozitiv məqamları yaxşı öyrənmiş biridir: “Regionda onun 10 ildən çox müddətdə işləmək təcrübəsi var. Eyni zamanda Azərbaycan siyasətçilərini, rəhbərliyini də gözəl tanıyır. Fikrimcə, onun Azərbaycana səfir təyin olunması ABŞ Azərbaycan münasibətlərinə töhfə verə bilər. Həmçinin bölgədə bir çox iqtisadi layihələrin formalaşmasına da kömək edə bilər”-deyə fikrini tamamlayıb.
Ramilə
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR