Avstriya Alplarında dağlarda təşkil edilən turlarda iştirak edən və qar uçqunu nəticəsində həlak olan insanların sayı ötən illə müqayisədə iki dəfə artaraq, 21 nəfərə çatıb.
Vətəninfo.az xəbər verir ki, Avstriya Daxili İşlər Nazirliyinin Alpin Polisi xidmətinin məlumatına əsasən, bu mövsüm baş verən 84 qar uçqununda həlak olanlar alpinistlərin əksəriyyəti baş vermiş qəzaya özləri səbəb olublar. Kəskin hava şəraiti ilə bağlı xəbərdarlığa məhəl qoymayan və öz fiziki imkanlarını düzgün qiymətləndirməyən bir çox idmançılar qar uçqununa məruz qaldıqda xilasedicilər köməyə yetişənə qədər aldıqları zədələr və ya qar altında hava çatışmazlığından həyatlarını itirirlər.
Ümumilikdə isə bu mövsüm qış idmanı mərkəzlərində polis tərəfindən 1460 qəza qeydə alınıb. Qəzalar zamanı 15 nəfər həlak olub. Bu isə ötən illə müqayisədə 10 nəfər azdır.
Daxili İşlər Nazirliyi öz məlumatında Alp dağlarında hərəkət edən alpinistləri və qış idmanı ilə məşğul olan şəxsləri hava şəraitini nəzərə almağa, özlərini və qəza zamanı onları xilas etməyə gələn xilasedicilərin həyatını təhlükəyə atmamağa, eyni zamanda kifayət qədər xəbərdarlıqedici avadanlıqla təchiz olunmağa çağırıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR