Tomas de Vaal: Müharibə bu dəfə bütün Ermənistanı əhatə edəcək
Ölkənin hüquqi ərazisinin 14 faizini təşkil edən torpaqları geri qaytarmağa Azərbaycanın daha çox stimulu var.
ANS PRESS-in məlumatına görə, bu barədə məşhur araşdırmaçı jurnalist, Karnegi Fondunun analitiki Tomas de Vaal son məqaləsində bildirib.
Analitikin sözlərinə görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindən gələn siqnallar daha həyəcanlıdır. “Yanvar təmas xəttində adətən sakit ay sayılır, amma bu il 12 nəfər həlak olub və 18 nəfər yaralanıb”, - deyə de Vaal bildirib.
Onun sözlərinə görə, qoşunların təmas xəttində istənilən yanlış hesablama müharibəyə səbəb ola bilər. De Vaal Azərbaycan silahlı qüvvələri tərəfindən vurulmuş Ermənistan helikopterini xatırladıb. “Görünür, helikopter Azərbaycan mövqelərinə hücum etməyib, amma tərəflərin razılaşdığı qeyri-rəsmi beş kilometrlik qadağan zonasına daxil olub”, - deyə vurğulayın Tomas de Vaal həmin toqquşmanın Ermənistan və Azərbaycan qoşunlarının bütün təmas xəttini əhatə edəcək.
“Əgər münaqişə yenidən alovlansa, bu, Ermənistan və Azərbaycan arasında tammiqyaslı müharibəyə çevriləcək”, - deyə analitik vurğulayıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR