Qarabağda anti-terror əməliyyatları keçirilməlidir. Bu, Azərbaycanın öz haqqı və hüququdur.
Bu sözləri Belçikadan "Vətəninfo.az"a Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi son günlər dünyada terror dalğasının baş qaldırması ilə bağlı fikrini şərh edərkən bildirib.
“Azərbaycan xalqı Qarabağda terrora məruz qaldı, dünya dövlətləri tərəfindən bir səs çıxmadı. Türkiyədə eyni vəziyyət yaşanır, yenə də dünya birliyindən səs çıxmır. Bu ikili standartlara son qoyulmağın zamanıdır. Halbuki, Qarabağda anti-terror əməliyyatlarının başladılması Azərbaycanın öz haqqı və hüququdur” - deyə, Ayhan Dəmirçi qeyd etdi.
Cəmiyyət sədri hesab edir ki, təkcə Qarabağda anti-terror yuvalarının və narkotik plantasiyalarının mövcudluğu faktı bəs edir ki, Azərbaycan orada qayda-qanun yaratsın.
“Gec-tez Qarabağda anti-terror yuvalarının dağıdılması istiqamətində əməliyyatların aparılacağının şahidi olacağıq. Çünki, buna beynəlxalq hüququn şərtləri imkan verir və eyni zamanda Azərbaycanın güclənməsi amili diktə edir” - deyə, Ayhan Dəmirçi vurğuladı.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR