"Qazanacağıma ümidim yox idi"
Əməkdar artist Lalə Məmmədova "Kar taneleri" adlı mahnısı ilə
yer aldığı Türkiyədə keçirilən "Kral Musiqi ödülləri"nin aqibətindən
danışıb.
Vətəninfo.az Axşam.az-ıa istinadla xəbər verir ki, müğənni "Onlar"a açıqlamasında bunları deyib:
"Orada
adımın yer aldığını ilk dəfə mediadan eşitdim. Burada çıxışın özü bir
qələbə idi. Mükafatı qazanacağıma ümidim əvvəldən yox idi. Amma
hadisənin özü məni fərəhləndirdi. Bu uğuru Kayahanın hesabına qazandım.
"Kar taneleri" mənim Türkiyədəki vizit kartım oldu. Artıq orada insanlar
məni tanıyır. Bəlkə də qardaş ölkədə illərlə qalsam, bu uğuru
qazanmazdım. Bu yaxınlarda İstanbulda gözəllik salonuna getmişdim.
Yanımdakı xanım vizajistə deyir ki, "Kayahanın albomundakı "Kar
taneleri" mahnısını dinləmisiniz? Bu həmin xanımdır". Hamı təəccübləndi
və mahnını çox sevdiklərin dedi. Buna görə də Kayahana çox borcluyam".