Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Müəyyən edilib ki, Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi üzərində nəzarəti təmin etmək məqsədilə Qazax rayon Mədəniyyət və Turizm şöbəsində 2008-2012-ci illəri əhatə edən dövrdə dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsi vəziyyəti yoxlanılarkən müəyyən olunmuş normadan artıq ştat vahidlərinin saxlanıldığı, işçilərin əmək haqlarının aylıq ödəniş dərəcələrinin düzgün müəyyənləşdirilmədiyi, istifadə olunmamış məzuniyyətə görə hesablanmış kompensasiyaların işçilərə tam verilmədiyi halda onun tam ödənilməsinin sənədləşdirildiyi, həmçinin aparılan inventarlaşmalar zamanı çatışmamazlıqların olduğu aşkar olunub.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində şöbənin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR