Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az saytına açıqlamasında bildirib ki, parlamentin növbəti iclası dekabrın 21-də olacaq.
Plenar iclasın gündəliyinə 22 məsələ daxildir.
“Mədəniyyət haqqında” Qanun layihəsi üçüncü oxunuşdan keçəcək. Bundan əlavə, bir sıra hökumətlərarası sazişlərin təsdiq olunması ilə bağlı sənədlər, Türk Şurasının ikinci zirvə toplantısının bəyannaməsinin təsdiq olunması haqqında qanun layihəsi, Ümumdünya Poçt Konvensiyasına və onun mövcud protokoluna qoşulmaq haqqında qanun layihəsi, poçt ödəniş xidmətləri haqqında sazişə qoşulmaq haqqında qanun layihəsi, Vergi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Əmək Məcəlləsinə, “Xüsusi iqtisadi zonalar haqqında” Qanuna, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qanuna, “Sərhəd qoşunları haqqında” Qanuna, Azərbaycan Respublikasının dövlət sərhədi haqqında qanuna, “Milli təhlükəsizlik haqqında” qanuna, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi məsələləri nəzərdə tutulub. Eyni zamanda, Gəncə şəhərinin böyüdülməsi ilə əlaqədar Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişiklər edilməsi haqqında və Bakı şəhərində Pirallahı rayonunun yaradılması haqqında qanun layihələrinin də müzakirəsi gözlənilir”, – deyə mətbuat katibi qeyd edib.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”