Rəsmi Bakı Dağlıq Qarabağda keçirilən qondarma seçkilərə münasibət bildirib. "Vətəninfo.az"ın məlumatına görə, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib ki, bununla bağlı rəsmi Bakının mövqeyi aydındır:
"Məlumdur ki, Dağlıq Qarabağdakı qondarma rejim İrəvanın diqtəsi ilə oturub durur. Orada keçirilən qondarma seçkilər də sülh danışıqları prosesinə mənfi təsir göstərir. Hesab edirik ki, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməlidir və Azərbaycanın işğal etdikləri torpaqları dərhal azad etməlidirlər".
Elnur Aslanov Azərbaycan-İran münasibətlərindən də danışıb. O bildirib ki, Xarici İşlər Nazirliyinin (XİN) İrana notalar verməsinə baxmayaraq, hələ də şairlərimizlə görüşmək mümkün olmayıb. Onun sözlərinə görə, şairlərin həbsi ilə bağlı Azərbaycan XİN-in İrana verdiyi 3 nota hələ də cavabsızdır:
"Təəssüf ki, bizim diplomatlarımız hələ də həbsdə olan şairlərimizlə görüşə bilməyib. Amma Azərbaycan bütün qonşu dövlətlərlə, eləcə də qonşu olmayan dövlətlərlə strateji əməkdaşlığın inkişafında maraqlıdır. O cümlədən Azərbaycan tərəfi istəyir ki, bütün qonşu dövlətlərlə mehriban münasibətini davam etdirsin".
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR