“Beynәlxalq ictimaiyyәtin “dondurulmuş” münaqişәlәrlә bağlı reaksiyası çox zәifdir”.
Vətəninfo.az xəbər verir ki, APA-nın Riqaya ezam olunmuş müxbirinin mәlumatına görә, bu sözlәri “Şərq tərəfdaşlığı” ölkələrinin media konfransında çıxış edən Latviyanın keçmiş prezidenti, Madrid Klubunun prezidenti Vayra Vike Freyberqa deyib.
V. V. Freyberqa bildirib ki, müstәqilliklәrinin ilk illәrindә Ermәnistan Azәraycanın Dağlıq Qarabağ әrazisini işğal edib vә bu problemin həlli üçün ATӘT-in Minsk Qrupu yaradılıb: "Minsk Qrupu prosesinә cәlb olunan ölkәlәr var. 20-25 ilә yaxın vaxt keçib, lakin hәmin torpaqlarda vәziyyәt eyni olaraq qalıb. Demәk olar ki, heç bir irәlilәyiş yoxdur. Dnestryanı da dondurulmuş münaqişәdir vә onun da həllində irәlilәyiş yoxdur. Gürcüstan torpaqlarını itirib. Ukraynada hәrbi işğal var. Beynәlxalq hüquq bunları hәll etmәk iqtidarında deyil. Rusiya BMT Tәhlükәsizlik Şurasında olduğu müddәtdә biz BMT tәrәfindәn bu problemlәrin hәllini gözlәyә bilmәrik. Qorxuram k, beynәlxalq ictimaiyyәt 2015-ci ildә “dondurulmuş” münaqişәlәrin hәlli üçün yaxşı durumda deyil. Çünki dövlәtlәrdәn biri BMT Tәhlükәsizlik Şurasında veto hüququna malikdir”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR