"Azərbaycan xalqı bu proseslərin mahiyyətini başa düşür"
"Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası çox utancverici prosesdir. İndiki dövrdə bütün proseslər açıq, şəffaf olmalıdır. Çox təəssüflər olsun ki, tarixdə ilk dəfə Azərbaycanın Avropa Oyunlarını keçirməyi üzərinə götürdüyü halda ölkəmizə qarşı belə kampaniya aparılır".
Bunu Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N. Məmmədov qeyd edib ki, qədim Yunanıstandan üzü bəri olimpiyada keçirilən zaman müharibə və münaqişələrin dayandırılması ənənəsi var: "Amma bu gün Oyunlar ərəfəsində bizə qarşı kampaniya aparılır. Güclü inkişaf edən, demokratiya qurmaq istiqamətində ciddi addımlar atan, regionda liderə çevrilmiş dövlətə qarşı belə kampaniyanın həyata keçirilməsi heç kimə başucalığı gətirmir".
N. Məmmədov qeyd edib ki, Azərbaycan xalqı özünə arxayındır: "Azərbaycan xalqı bu proseslərin mahiyyətini başa düşür. Ona görə də belə kampaniyalarla heç nəyə nail olmayacaqlar. Azərbaycanın müstəqil xarici siyasət kursu var. Biz bütün dövlətlərlə bərabər, qarşılıqlı, faydalı əməkdaşlıq qurmaq üçün addımlar atırıq".
APA
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?