Jurnalist dostlarımızdan xahiş edərdim ki, mənim adımı heç bir “kölgə kabinetinə” daxil etməsinlər.
Vətəninfo.az xəbər verir ki, bu fikirləri İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov facebook sosial şəbəkəsində bölüşüb.
"Əvvəlla, heç bir qurumun kölgə kabineti yoxdur, çünki belə siyahılar olsaydı, ən azı həmin siyahılarda adları qeyd edilənlərin öncədən xəbəri olardı. Müxtəlif internet saytlarında yerləşdirilən “siyahılar” həmin portallarda çalışanların sadəcə sayta marağı artırmaq üçün hazırladıqları sıralamadır.
İkincisi, Azərbaycanda kölgə kabineti ideyası artıq köhnəlmiş taktikadır və bu özünə heç bir ciddi ictimai diqqət cəlb etmir. Üçüncüsü, siyahılarını ciddi göstərmək üçün ictimaiyyətin tanıdığı müxtəlif adların razılaşdırmadan və heç bir əsas olmadan ora daxil edilməsi jurnalistika etikasına da uyğun deyil. Nəhayət, əgər belə siyahılar reallıq olsaydı belə, mənim adım onların heç birində olmayacaqdı. Ona görə də, “siyahı” tərtib edən jurnalist dostlarımızdan bunu nəzərə almalarını xahiş edərdim".
Elnur Eltürk
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR