“Tezliklə beynəlxalq vasitəçilər Dağlıq Qarabağ münaqişəsi regionuna səfər etməyi planlaşdırırlar”. Vətəninfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik news.am saytına açıqlamasında deyib.
Amerikalı diplomat qeyd edib ki, Ermənistan prezidenti Serj Sərkisyan ötən həftə Vaşinqtonda səfərdə olarkən onunla Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının mümkün yolları müzakirə edilib.
Həmsədr onu da bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri apardıqları danışıqları intensivləşdirməyi istəyirlər. Bununla belə Ceyms Uorlik söyləyib ki, prezidentlərin görüşünün dəqiq vaxtı hələ müəyyən edilməyib.
“Prezidentlərin görüşünün vaxtı müəyyən edilməyib. Amma hər iki prezident dialoqu intensivləşdirmək arzusunu ifadə edib. Biz tezliklə prezidentlərin görüşünə hazırlıq üçün regiona səfər edəcəyik. Hesab edirəm ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan münaqişənin razılaşdırılmış həll variantını tapmaq istəyirlər.
Bu konflikt uzun müddətdir ki, davam edir və xeyli insanın həyatına son qoyub. Biz istəyirik ki, buna son qoyulsun”,-deyə Ceyms Uorlik bildirib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR