“Həmsədrlərin regiona növbəti səfəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dondurulmuş prosesi dəyişə bilər”.
Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova verib. O bildirib ki, bu cür səfərlərlə danışıqlar prosesinin indiki vəziyyətini dəyişmək mümkündür. B. Muradovun sözlərinə görə, əgər tərəflər problemin danışıqlar yolu ilə həll edilməsinə sadiq olduqlarını bəyan edirlərsə, o zaman bu danışıqlar aparılmalıdır:
“Təbii ki, danışıqlar ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə həyata keçirilir. Ona görə də onlar regiona mütəmadi olaraq səfər edirlər. Beynəlxalq hüquq prinsiplərini pozan və konstruktivlikdən uzaq mövqe sərgiləyən tərəfə təzyiqlər olmalıdır. Bu təzyiqin müxtəlif formaları var. Ən azı ATƏT-in Minsk Qrupu Ermənistanı konstruktivliyə çağıra bilər. Düşünürəm ki, beynəlxalq təşkilatlar səviyyəsində təzyiq rıçaqlarını işə salmaqla Ermənistanı sülhə məcbur etmək olar. Bunun üçün əməli və konkret tədbirlər görülməlidir. Əks təqdirdə isə düşünürəm ki, Azərbaycan öz ərazisində özünün səlahiyyətlərinə və imkanlarına uyğun tədbirlər həyata keçirməyə məcbur olacaq
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR