ABŞ Azərbaycanı vertolyotlar üçün hərbi avadanlıqlar alan ölkələr siyahısından çıxarması bir daha göstərir ki, bu ölkədəki lobbimiz hələ də zəifdir.
Bu sözləri “Vətəninfo.az”a “Diaspor və Lobbi” Elmi Araşdırmalar Mərkəzinin sədri, analitik, Dr. Zaur Əliyev ABŞ Azərbaycanı vertolyotlar üçün hərbi avadanlıqlar alan ölkələr siyahısından çıxarmasını şərh edərkən bildirib.
“ABŞ Azərbaycanlıları şəbəkəsi USAN-da Konqresə müraciət göndərərək Azərbaycana hərbi avadanlıqlar satılmasına icazə verilməsinə dair Dövlət Departamentinin təklifini dəstəkləməsi də erməni lobbisinin gücünü zəiflətmək imkanlarının az olduğunu aşkara çıxarır”,-deyə analitik qeyd edib.
Analitik eyni zamanda hesab edir ki, bu qərar Amerikanın maraqlı olduğu enerji infrastrukturunu təhlükə altına almış olur: “Amerikanın hərbi avadanlığını almaq hüququna malik ölkələrin siyahısından Azərbaycanın çıxarılması regiondakı böyük layihələri mühafizəsiz qoymağa yönəlik addım kimi qiymətləndirmək olar. Hesab edirəm bu qərardan Amerika biznesi də zərər çəkə bilər. İran-Azərbaycan münasibətlərinin ən gərgin günlərində də bu qərarın qəbul olunması regionda Amerika şirkətlərinin özünü də təhlükəyə sala bilər”,-deyə Zaur Əliyev vurğulayıb.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR