"Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı qurulan "məhkəmə" qondarma bir proses, bir şoudur. İnanıram ki, onlar əvvəl-axır azad olunacaqlar"
APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O bildirib ki, son vaxtlar Azərbaycanın məsələnin mahiyyətinin açıqlanması ilə bağlı apardığı uğurlu təbliğat sayəsində nəticələr əldə olunmaqdadır: “ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana səfər zamanı girovların azadlığa buraxılması ilə bağlı bəyanat verdi. Viktoriya Nuland Ermənistanda olanda və ABŞ-a qayıdanda da bu bəyanatı təkrarladı. Fransa Xarici İşlər Nazirliyi də bəyanat verib. Artıq xarici dövlətlərdə də başa düşürlər ki, bu, qurama, qondarma bir məhkəmə prosesidir. Çünki rəsmən tanınmayan bir qondarma qurumun apardığı məhkəmə qanuni sayıla bilməz, bu, tamamilə mənasız bir prosesdir. Mən əminəm ki, biz Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə nail olacağıq”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR