Yaradıldıqdan az sonra fəaliyyəti dondurulmuş Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (ÜATİ) sədri, baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək üçün bu həftə Bakıya gələcəyi gözlənilsə də, hələlik səfər reallaşmayıb. A.Abbasovun oğlu, deputat Aydın Abbasov “Yeni Musavat”a açıqlamasında dedi ki, atası hələ ki Rusiya paytaxtındadır və Bakıya nə zaman gələcəyi barədə məlumatlı deyil: “Atamla demək olar ki, hər gün telefonla danışırıq. Ancaq Bakıya gəlişi barədə bir söz deməyib”.
A.Abbasov yaranmış təşkilatın fəaliyyətinin dayandırılmasının səbəbləri barədə də konkret məlumatlara malik olmadığını bildirdi: “Mən bununla bağlı mövqeyimi bildirmişəm və əlavə bir şərhim yoxdur. Gözləyək, görək bu işlərin axırı nə olacaq. Bu mövzuda xeyli qeyri-ciddi müzakirələr aparıldı. Həqiqət odur ki, Abbas müəllim həmişə dövlətinə və millətinə sadiq şəxs olub”.
Qeyd edək ki, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRoss) prezidenti Söyün Sadıqov Azərbaycan prezidenti İlham Əliyevin ÜATİ-nin sədri Abbas Abbasovu qəbul edəcəyini və bu görüşün nəticələrinə əsasən təşkilatın perspektivləri barədə konkret mövqe sərgilənəcəyini demişdi. A.Abbasov təşkilat təsisçilərinin 28 sentyabr tarixindəki iclasında yekdilliklə qurumun sədri vəzifəsinə seçilib.
"Vətəninfo.az"
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR