“Azərbaycan KİV-lərində parlamentin əleyhinə yazan, onu təhqir edən jurnalistlərin Milli Məclisdəki akkreditasiyası müəyyən müddətə ləğv olunmalıdır”. Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, bu inzibati tənbeh tədbiri kimi nəzərdə tutulmalıdır.
Siyavuş Novruzov müxalifətin bu gün parlamentin qarşısında sərbəst toplaşma azadlığı ilə bağlı keçirmək istədiyi piketi də tənqid edib. O, “nə cəmiyyət, nə təbiət, nə də Allah bu piketin keçirilməsinin lehinədir. Təbiət də onların əleyhinədir”-deyə qeyd edib. Deputatın sözlərinə görə, müxalifətçilərin böyükləri mtinqlərə çıxmırlar. Gəncləri qabağa verirlər.
Müxalifət aksiyalarını gizlənpaç oyunları adlandıran S.Novruzov 2003-cü ilin oktyabrın 16-nı yada salıb. O qeyd edib ki, müxalifət vətəndaşları ortaya çıxardaraq, onlara qarşı müəyyən hərəkətlərə rəvac verdilər.
“Buna görə də sonra peşmançılıq çəkdilər. Son günlər Azərbaycan əleyhinə xaricdən təzyiqlərin artmasını müşahidə edirik. Mən hesab edirəm ki, bununla bağlı məsələlərdə məsuliyyət daxildəki qüvvələrin üzərinə düşür”-deyə, millət vəkili vurğulayıb
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR