“Radikal müxalifət nümayəndələri hadisənin baş vermə səbəbini bilmədiyi halda, sosial şəbəkədə bu hadisəyə siyasi don geyindirməyə cəhd etdilər. Amma sonradan radikallar pis vəziyyətə düşdülər”. Bunu AzVision.az-a BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı İsmayıllıda baş verən hadisəni şərh edərkən bildirib.
O deyib ki, rəsmi məlumatlardan göründüyü kimi, bu bir münaqişə zəmində baş vermiş hadisədir: “Avtoxuliqanlıq zəmində münaqişə yaranıb. Bu hadisə daha çox şəxsi zəmində baş vermiş olaydır. Bir neçə adam yığışıb münasibətləri maşınların və ya binanın yandırılması ilə "həll" etmək istəyiblər. Bütün hallarda məsələyə bu cür yanaşılması doğru deyil. Azərbaycan hüqüqi dövlətdir, bütün məsələlər də hüquq müstəvisində həll edilməlidir. Digər tərəfdən isə həmişə olduğu kimi, bu dəfə də radikal müxalifət nümayəndələri hadisənin baş vermə səbəbini bilmədiyi halda, sosial şəbəkədə bu hadisəyə siyasi don geyindirməyə cəhd etdilər, bu hadisəyə siyasi çalarlar verdilər. Rəsmi açıqlama gəldikdə isə hadisənin dəqiq təfərrüatı bilinəndən sonra radikal müxalifət nümayəndələri pis vəziyyətə düşdülər”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR