Bu səfərlər Rusiyanın Cənubi Qafqazda möhkəmlənmək istəyinin təzahürüdür.
Bu sözləri Vətəninfo.az-a Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Rusiya rəsmilərinin Ermənistana baş tutan səfərlərini şərh edərkən bildirdi: "Bu Rusiyanın Cənubi Qafqazda yeganə istinadgahı Ermənistandır. Ermənistan həm də digər Cənubi Qafqaz ölkələrinə təsir vasitəsidir. Eyni zamanda, Rusiya Ermənistanın təhlükəsizliyinə qarant verməklə bərabər, həm də Ermənistanın Qərbə inteqrasiyasının qarşısını alır. Böyük tərkibdə Ermənistana səfərin digər nədəni isə NATO ölkələrinin Türkiyə-Suriya sərhədlərində Patriot raketlərinin yerləşdirməsi ilə bağlıdır. Rusiya bu hadisəni Suriyadan çox özünə qarşı olduğunu bəyan etdi. Rusiyanın müdafiə naziri və hərbi sənaye mütəxəssislərinin birgə Ermənistana səfəri Türkiyədə yerləşən "Patriot" raketlərinə qarşı adekvat addımların atılması ilə əlaqəli planların olmasıdır. Ermənistanı Türkiyədən qorumaq adıyla əslində həm Türkiyəyə, həm də Qərbə güc nümayiş etdirirlər ki, bu da Rusiyanın regionu asanlıqla təhvil verməyəcəyinin işarəsi sayıla bilər".
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR