"Veteninfo.az"ın Gün.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.
O qeyd edib ki, hətta bu təşkilat elan olunmazdan əvvəl onun rəhbərləri ilə görüşündə də bu təşkilata mənfi münasibətini bildirib.
“Bu təşkilatı yaradanlar ancaq öz şəxsi məqsədlərini və mənafelərini güdürlər. Onlar Azərbaycanın Rusiyadakı diasporu ilə heç bir halda bağlı deyillər və bu hərəkətləri ilə əslində Azərbaycanda diasporunu parçalamaq niyyətini güdürlər.
Ona görə bu təşkilatı mənfi qiymətləndirirəm. Onun heç bir perspektivi olmayacağını qeyd edirəm”.
Ziyalılar forumuna münasibət bildirən R.Mehdiyev qeyd edib ki, belə bir adlı adlı təşkilat Azərbaycanda heç də adından göründüyü kimi bütün Azərbaycan ziyalılarını ətrafında birləşdirmir.
“Bu gün, o təşkilatda cəmi 10-15 nəfər var ki, onlar da öz şəxsi məqsəd və mənafeləri u naminə birləşiblər. Onların ya biznes maraqları təmin olmunmayıb, ya deputat seçilə bilməyiblər, ya da vəzifələrindən kənarlaşdılrıblar.
Ona görə də öz narazılıqlarını bu formada çatdırmaq üçün bir araya gəlib ziyalılar adına iddia edən təşkilat yaradıblar”.
R.Mehdiyev vurğulayıb ki, Azərbaycanda ziyalılar 100 minlərlədir.
“Onlar hər zaman öz mövqelərini ortaya qoyurlar. Onlar birmənalı olaraq indiki hakimiyyətin kursunu və mövqeyini dəstəkləyirlər. Yəni, bu forumda birləşən azsaylı insanları Azərbaycan ziyalıları adına bir qüvvə hesab etmək olmaz”.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”