Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş katibi, Xalq artisti Rasim Balayev Rüstəm İbrahimbəyovun təşkilatındakı vəzifəsindən istefa verdikdən sonra hazırda ev şəraitində müalicə olunur. Bu barədə Modern.az saytına açıqlamasında görkəmli kino xadimi bildirib.
O ölkəni tərk etdiyi barədə yayılan məlumatları təkzib edib və Azərbaycanda oldğunu deyib. “Heç bir xarici ölkəyə getməmişəm. Evdəyəm və ev şəraitində müalicə olunuram”.
Rasim Balayev vurğulayıb ki, Azərbaycan Kinematoqrafçılar İttifaqından çıxdıqdan sonra ona hər hansı başqa iş təklifi olunmayıb. “İşsizəm, evdə oturmuşam”-deyə aktyor qeyd edib.
“Bu ilin filmləri hələ buraxılmayıb, bu yaxınlarda buraxılmalıdır. Ona görə hələ konkret təklif yoxdur”.
Aktyor bildirib ki, hələlik hər hansı bir ölkəyə getmək planı yoxdur. “Ehtiyac olsa, bəlkə getdim. Hələlik qəti qərarım yoxdu”- deyə R.Balayev vurğulayıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR