“Freedom House” hesabatlarını reallığın obyetiv araşdırmaları əsasında deyil, ayrı-ayrı maraq qruplarının sifarişi əsasında fəaliyyət göstərən yerli QHT-lərin ötürdüyü məlumat əsasında hazırlayır. Ona görə də, Freedom Housenin istər bu, istərsə də bundan sonrakı hesabatlarında hansı ölkələrin “azad” hansılarının “qeyri-azad” göstəriləcəklərini təxmin etmək çətin deyil”. Bu fikirləri Vətəninfo.az saytına açıqlamasında “İrəli” İctimai Birliynin sədri Rauf Mərdiyev “Freedom House” təşkilatının son hesabatına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, “Freedom House” nəyə əsasən əhalisinin 65 %-i İnternet istifadəçisi olan, İnternetdə fəaliyyət azadlıqlarının ən yüksək şəkildə təmin olunduğu, bu il İnternet İdarəçilik Forumuna evsahibliyi etmiş ölkəni İnternet azadlıqlarına görə "qismən azad" göstərir: “Azərbaycanda indiyə kimi heç bir informasiya resusu, sayta məhdudiyyət qoyulmayıb, 20-dən artıq onlayn TV və radio fəliyyət göstərir, minlərlə bloqqer hər gün öz fikirlərini sərbəst şəkildə bölüşürlər. Sual yaranır, Freedom House-a İnternetin "azad" kateqoriyası üçün hansı kriteriyalar tələb olunur? Bütün bu hesabatlar və məlumatlar qərəzli yanaşmanın məhsulu olub, reallığı əks etdirmir və Freedom House kimi təşkilatların bu hesabatları ciddi qəbul edilməməlidir”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR