Sülhəddin Əkbər sədr olmaq niyyətinin olmadığını deyir .
Dünən mətbuatda eks-spiker Rəsul Quliyevin Avroatlantik Şuranın sədri Sülhəddin Əkbəri lideri olduğu Açıq Cəmiyyət Partiyasına gətirmək niyyəti olması ilə bağlı məlumat yayıldı. Daha doğrusu, “Reytinq” qəzetinin yaydığı məlumatda deyilirdi ki, Rəsul Quliyev ACP-nin hazırkı sədri Vaqif Mahmudovun fəaliyyətini yetərli saymayaraq, onun yerinə siyasi proseslərdə daha çox təcrübəsi olan bir şəxsi gətirmək istəyir.
Qəzetin məlumatına görə, eks-spiker Sülhəddin Əkbərin ACP sədri olmasına çalışır.
Ancaq mühacir eks-spiker “Azadlıq” qəzetinə verdiyi müsahibəsində bunu inkar edib: “Sülhəddin Əkbərə Açıq Cəmiyyət Partiyasının sədri olmağı təklif etməmişəm”.
R. Quliyev, Sülhəddin Əkbərin Azərbaycan siyasətində hörmət etdiyi şəxslərdən biri olduğunu deyib: “Ona görə də bu gün ona partiya sədri olmağı təklif etməməyim o demək deyil ki, gələcəkdə bu baş verməyə bilər”.
Avroatlantik Şuranın sədri “Vətəninfo.az” saytına açıqlamasında bildirdi ki, eks-spiker Rəsul Quliyev tərəfindən ona belə bir təklif gəlməyib: “Əgər belə bir təklif olarsa, bununla bağlı hansısa qərarı yaxın ətrafımla aparacağım müzakirələrdən sonra verəcəm. Hazırda isə mənim belə bir niyyətim yoxdur”.
Rövşən Ziya
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR