"Ruslarla ukraynalılar qardaş deyillər"

Ukraynanın aparıcı ictimai liderləri ilə konstitusiya islahtlarına dair görüşdə ölkə prezidenti Petro Poroşenko Rusiya prezidenti Vladimir Putinin iki ölkə xalqlarının birliyi barədə sözlərini şərh edərək, "müharibə zamanı qardaş xlaqların olmadığını”, bəyan edib.

Vətəninfo.az-ın məlumatına görə, Oxu.az bu barədə "Ukrayna 112” saytına istinadla xəbər verir.

"Müharibə zamanı xalqların qardaşlığı yoxdur. Avropaya gedən vahid Ukrayna xalqı və dərin böhranda olan rus xalqı var”, - o, bəyan edib.

Xatırladaq ki, Krıma səfəri zamanı Rusiya prezidenti Vladimir Putin ukraynalıların və rusların bir xalq olduğuna dair bəyanatını təkrarlayıb.

"Mən hesab edirəm ki, ruslar və ukraynalılar – bu ümumiyyətlə bir xalqdır, biz fərq qoymuruq”, - Rusiya prezidenti bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az