Vətəninfo.az-a daxil olan məlumata görə, yanvarın 23-də Moskva səfərdə olan Rüstəm İbrahimbəyov Haqq və Ədalət Hərəkatının nümayəndələri ilə görüşüb.
Məlumata görə, görüşdə hərəkatın Rusiya nümayəndələri ilə yanaşı, HƏH-nin Ukrayna nümayəndəliyinin rəhbəri Yalçın Qəhrəmanoğlu da iştirak edib. Verilən məlumatda deyilir ki, görüşdə sıx əməkdaşlıq etmək, Azərbaycanda demokratiyanın qələbəsi uğrunda mübarizədə birgə mübarizə aparmaq haqqında qərar qəbul olunub.
Yalçın Qəhramanoğlu bildirib ki, Rüstəm İbrahimbəyov xalqımızın ən dəyərli ziyalılarından,həm də bütün dünyada tanınıb sevilən ziyalılarından olmaqla yanaşı,həm də bu gün vətənimizdə gedən demokratiyə və haqq-ədalət uğrunda müqəddəs mübarizədə xalqımızın və çoxminli ziyalı ordusunun önündə gedən, hamımıza, xüsusilə gənclərə örnək olan böyük şəxsiyyətdir.
“Biz onu bu mübarizədə daim dəstəkləyəcək,arxa,dayaq olmağa çalışacağıq.Bundan sonra Rüstəm bəyin yanında şüşə kimi tez sınan deyil, polad kimi möhkəm və mübariz insanlar olacaq. Əminəm ki bütün xalqımız və milli-demokratik qüvvələr də mübarizəmizə dəstək verəcək, hamılıqla vətənimizi istibdadın zülmündən qurtaracağıq. Biz Azərbaycanımızı xilas etməliyik!Bu hər bir Azərbaycanlının borcudur!”.
Kənan
Vətəninfo.az
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?