Sabirin markası inanılmaz qiymətə satılır

Sabirin markası inanılmaz qiymətə satılır
"eBay” internet mağazasında yerləşdirilən elan sosial şəbəkədə diqqət çəkib.
Vətəninfo.az Axar.az-a istinadən xəbər verir ki, böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 100 illiyi ərəfəsində buraxılan poçt markası "eBay” internet mağazasında yüksək qiymətə satışa çıxarılıb.
 1958-ci ildə dövriyyəyə buraxılan markanın "eBay” mağazasında satış qiyməti 2.777,74 (2 min 777 dollar 74 sent) dollardır. Müqayisə üçün bildirək ki, Nəsimiyə aid marka 7 dollar, Füzuli isə 3 dollara satışa qoyulub.
Qeyd edək ki, markanın sovet dövründə ilk satış qiyməti 4 qəpik olub.
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az